...

Ombudsmanın Cəlilabad Regional Mərkəzi uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması ilə bağlı tədbir keçirib

Cəmiyyət 18 Yanvar 2022 12:05 (UTC +04:00)
Ombudsmanın Cəlilabad Regional Mərkəzi uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması ilə bağlı tədbir keçirib

Bakı. Trend:

Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran şöbəsi ilə birgə Lənkəran Dövlət Peşə Liseyində “Uşaqlara qarşı yol verilən zorakılıq halları və onunla effektiv mübarizə tədbirləri” mövzusunda tədbir təşkil edilib. Tədbirdə adıçəkilən qurumların nümayəndələri ilə yanaşı, liseyin pedaqoji heyəti və tələbələr iştirak ediblər.

Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış edərək bildirib ki, hər bir uşağın şəxsi toxunulmazlıq və zorakılığın bütün formalarından müdafiə hüququ vardır. Çıxışda iştirakçılara zorakılığın aradan qaldırılması istiqamətində həyata keçirilən islahatlar, bu sahədə mövcud milli və beynəlxalq qanunvericilik barədə geniş məlumat verilib.

Erkən nikah və bununla əlaqəli zərərli adət-ənənələrin təsirləri barədə məlumat verilib, ailələr, məktəblər və icmaların uşaqların hüquqlarının təmini və gələcəyi üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Son günlər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan uşaqlara qarşı zorakılıq əməllərinə hüquqi qiymət verilməsinin daim Ombudsman tərəfindən nəzarətdə saxlanıldığını və Müvəkkilin Milli Preventiv Mexanizm mandatı çərçivəsində uşaqların saxlandığı müəssisələrə mütəmadi başçəkmələrin həyata keçirildiyi bildirilib.

Tədbir iştirakçıları müzakirələrdə çıxış edərək, uşaqların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən dövlət siyəsəti, onların radikal dini təsirlərdən qorunmasının vacibliyi, fiziki və mənəvi baxımdan sağlam formalaşmalarının əhəmiyyətini diqqətə çatdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti