...

UNEC-in ingilis dilində yeni elmi jurnalı çapdan çıxdı

Cəmiyyət 21 Yanvar 2022 16:12 (UTC +04:00)
UNEC-in ingilis dilində yeni elmi jurnalı çapdan çıxdı

Bakı. Trend:

UNEC-in ingilis dilində yeni “UNEC Journal of Engineering and Applied Sciences” (UNEC JEAS) jurnalının ilk nömrəsi çapdan çıxıb.

“UNEC Journal of Engineering and Applied Sciences” jurnalının ilk sayı artıq Google scholar bazasında indekslənib və jurnalın qısa müddət ərzində dünyada tanınmış bazalarda (o cümlədən SCOPUS və WEB of SCIENCE bazalarında) indekslənməsi hədəflənib.

Oxucular ilk sayda dərc edilmiş məqalələrlə jurnalın rəsmi web səhifəsindən (www.unec-jeas.com) də tanış ola bilərlər. Jurnalda məqalələr yalnız ingilis dilində qəbul edilir və redaksiyaya daxil olan məqalələr mütəxəssislər tərəfindən yoxlanıldıqdan və müsbət rəy aldıqdan sonra dərc edilir. Məqalələr səlis ingilis dilində yazılmalı, düzgün tərtibat olunmalı, elmi cəhətdən əsaslandırılmış və əvvəllər dərc edilməmiş yeni elmi nəticələrə dayanan elmi tədqiqat işləri olmalıdır. “UNEC JEAS” elmi tədqiqat işləri ilə yanaşı, icmal məqalələr və qısa annotasiyaların da dərcini həyata keçirir. Məqalələrin qəbulu rəsmi səhifədəki müraciət bölməsindən yerinə yetirilir. Jurnalın rəsmi web səhifəsi dünyada tanınmış beynəlxalq nəşriyyatların tələblərinə uyğun tərtib edilib.

UNEC JEAS jurnalının baş redaktoru Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri, professor Rövnəq Rzayevdir. Jurnalın beynəlxalq redaksiya heyətində mühəndislik və tətbiqi elmlər sahəsində çalışan dünyanın müxtəlif ölkələrinin aparıcı elmi-tədqiqat mərkəzlərinin və universitetlərinin yüksək ixtisaslı, beynəlxalq səviyyədə tanınmış alimləri təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti