...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət 22 Yanvar 2022 16:36
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 217 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 791, buster doza üzrə vaksinasiya olunanların sayı isə 20 805 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 791 254, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 212 082, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 727 150, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 852 022 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti