Bakı. Trend:
Bir çox ölkə nümayəndələrinin arasında sənin də yerin var!
Xəyallarının gerçəkləşdiyini müşahidə et.
Müsabiqələrdən birinə indi qoşul:
- Pilotsuz uçuş aparatları
- Peyk modelləşdirilməsi
- Robotexnika
- Aqrar texnologiyalar
- Baku Skills
- Sosial yönümlü texnologiyalar
- Planer
- Yaşıl texnologiyalar
- “Smart Karabakh" hakatonu
- Take Off Startap Sammiti
- “Rocket League” oyunu üzrə Avropa Kuboku
Əlavə məlumat əldə etmək üçün:
050 251 40 28
[email protected]
teknofest.az
Xatırladaq ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.
Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.
“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.