...

Baş Prokurorluğun əməkdaşları prokurorluq orqanlarının veteranı Firudin Əliyevi ziyarət ediblər (FOTO)

Cəmiyyət Materials 3 Fevral 2022 11:12 (UTC +04:00)
Baş Prokurorluğun əməkdaşları prokurorluq orqanlarının veteranı Firudin Əliyevi ziyarət ediblər (FOTO)

Bakı. Trend:

3 fevral tarixində Baş Prokurorluğun əməkdaşları uzun illər prokurorluq orqanlarında məsul vəzifələrdə işləmiş Firudin Əliyevi 70 illik yubileyi münasibətilə onun yaşadığı mənzilə gələrək Baş Prokurorluğun rəhbərliyi adından yubilyarı təbrik etmiş, ona uzun ömür, möhkəm can sağlığı arzulamışlar.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daim prokurorluq orqanlarına hərtərəfli diqqət və qayğının göstərildiyi vurğulanmaqla qurumun fəaliyyətində səmərəliliyin artırılması istiqamətində görülən işlər, cəmiyyətimizin və dövlətçiliyimizin maraqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdən söhbət açılmışdır.

Təbriklərə görə təşəkkürünü bildirən Firudin Əliyev uzun illər xidmət keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu bildirərək ona göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti