...

Tələbələr bu halda kreditin yarısını və faizləri geri qaytarmaqdan azad edilir

Cəmiyyət Materials 7 Fevral 2022 12:06 (UTC +04:00)
Tələbələr bu halda kreditin yarısını və faizləri geri qaytarmaqdan azad edilir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda sosial tələbə krediti ilə bağlı olan güzəştlər açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev bu gün təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı təqdimatda məlumat verib.

O qeyd edib ki, əgər tələbənin ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 faizdən yuxarı olarsa, həmin semestr üzrə nəzərdə tutulan kredit faizindən, əgər bütün təhsil boyu ÜOMG 71 faizdən artıq olarsa, ümumilikdə kredit faizindən azad olunur.

A.Paşayev əlavə edib ki, əgər tələbənin ÜOMG-si bütün semestrlər üzrə 91 baldan yuxarı olsa, sosial tələbə kreditinin faizindən və aldığı kreditin yarısını geri qaytarmaqdan azad edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti