...

Azərbaycanda 1 979 nəfər COVID-19-a yoluxub, 27 nəfər vəfat edib

Cəmiyyət Materials 23 Fevral 2022 19:55 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 979 yeni yoluxma faktı qeydə alınıb, 7 198 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 779 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 749 524 nəfər müalicə olunaraq sağalıb, 9 307 nəfər vəfat edib, aktiv xəstə sayı 20 952 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 506, ötən müddət ərzində isə ümumilikdə 6 511 864 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti