...

Çökən binada xəsarət alan 4 nəfər xəstəxanadan evə buraxılıb (VİDEO)

Cəmiyyət Materials 24 Fevral 2022 16:05 (UTC +04:00)
Çökən binada xəsarət alan 4 nəfər xəstəxanadan evə buraxılıb (VİDEO)

Bakı. Samir Əli - Trend:

Paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" layihəsi çərçivəsində söküntü işlərinin aparılması zamanı şirkətdə əmək müqaviləsi əsasında işləyən və həmin işlərə cəlb edilmiş 4 nəfər şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Trend xəbər verir ki, zərərçəkmiş həmin şəxslərə ambulator tibbi yardım göstərildikdən sonra sonuncular evə buraxılıblar.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən araşdırma aparılır.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-texniki təhlükəsizlik ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübut və sənədlər cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun götürülüb.

Zərər çəkmiş şəxslərin aldıqları xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizaları təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti