...

627 müəllim güzəştli ipoteka hüququndan yararlanıb

Cəmiyyət Materials 3 Mart 2022 16:28 (UTC +04:00)
627 müəllim güzəştli ipoteka hüququndan yararlanıb

Trend-i buradan izləyin

Bakı. Humay Ağacanova - Trend:

2020-2021-ci ildə ümumilikdə 627 müəllim güzəştli ipoteka əldə etmək hüququndan yararlanıb.

Trend-in məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook" hesabında paylaşım edib.

O bildirib ki, 2020-ci ildə 197, 2021-ci ildə isə 430 müəllim güzəştli şərtlərlə ipoteka krediti alıb.

Xatırladaq ki, gənc ailə üzvü olan və azı 3 il məktəbdə müəllim işləyənlər, həmçinin gənc ailə kateqoriyasına daxil olmayan və 15 il dövlət ümumtəhsil müəssisəsində işləyən şəxslər güzəştli şərtlərlə ipoteka krediti əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti