Bakı. Humay Ağacanova - Trend:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar va qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Qadın hüquqları yeni ictimai-siyasi reallıqlar kontekstində" mövzusunda konfrans keçirilib.
Trend-in məlumatına görə, konfransda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasinin Insan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar va qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova və vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, ictimai-siyasi fəal qadınlar iştirak edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışı zamanı bildirib ki, Azərbaycanda qadın və uşaqların hüquqlarının qorunması istiqamətində hər bir qurum üzərinə düşən öhdəlikləri yerinə yetirir.
Ombudsman Səbinə Əliyeva isə daxil olan müraciətlərin araşdırıldığını pandemiya dövründə də qadınların problemlərinə diqqətlə yanaşılaraq onların həlli üçün zəruri tədbirlər görüldüyünü qeyd edib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar va qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova isə hazırkı dövrdə siyasi arenada qadınların rolunun çox böyük olduğunu vurğulayıb.