...

Balakəndə dayanma-durma qaydalarını pozan 20 sürücü cərimələnib (FOTO)

Cəmiyyət Materials 4 Mart 2022 21:03 (UTC +04:00)
Balakəndə dayanma-durma qaydalarını pozan 20 sürücü cərimələnib (FOTO)

Bakı. Trend:

Balakəndə yol polisi əməkdaşlarının keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı şəhər ərazisindəki küçə və prospektlərdə dayanma-durma qaydalarını pozan 20-yə yaxın sürücü barəsində inzibati tənbeh tədbiri görülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, şəhərin müxtəlif nöqtələrində keçirilən reydlər nəticəsində hərəkətin intensiv olduğu ərazilərdə, piyada səkilərində və avtobus dayanacaqlarının bir neçəsində nəqliyyat vasitələrini park edən sürücülər aşkarlanıb.

Həmin avtomobillərin sahibləri barəsində cərimə protokolu tərtib olunub və bu kimi halların digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti