Bakı. Trend:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 882 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 789 883 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 777 396 nəfər müalicə olunaraq sağalıb, 9 558 nəfər vəfat edib, aktiv xəstə sayı 2 929 nəfərdir.
Ölkədə son sutka ərzində 3 942, hazırkı dövrədək isə 6 611 402 test aparılıb.