...

Azərbaycanın dörd rayonunun qaz təchizatında fasilə yaranacaq

Cəmiyyət Materials 10 Mart 2022 10:59 (UTC +04:00)
Azərbaycanın dörd rayonunun qaz təchizatında fasilə yaranacaq

Bakı. Fərid Zöhrabov - Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” İdarəsinə məxsus “Astara-Qazıməmməd” magistral qaz kəmərində baş vermiş qaz sızmalarının aradan qaldırılması məqsədilə bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək qeyd olunan kəmərdə qaz təchizatı dayandırılıb.

Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Neftçala rayonunun bütün yaşayış məntəqələrinə, eləcə də Biləsuvar, Salyan və Cəlilabad rayonlarının bir hissəsinə “mavi yanacağ”ın verilməsində məhdudiyyət yaranıb.

Qeyd edək ki, işlər başa çatdıqdan sonra təbii qaz təchizatı bərpa olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti