...

İdarədən silah oğurlayan polis əməkdaşlarına hökm oxundu

Cəmiyyət Materials 11 Mart 2022 17:35 (UTC +04:00)
İdarədən silah oğurlayan polis əməkdaşlarına hökm oxundu
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində silah oğurluğunda təqsirləndirilən Sabunçu rayon Polis İdarəsinin əməkdaşları Musa Allahverdiyev və Elxan Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Musa Allahverdiyev 5 il 6 ay, Cavid Hüseynov isə 3 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2020-ci ilin dekabr ayında Sabunçu rayon Polis İdarəsində aparılan yoxlama zamanı “Zəfər K” tapançalarından birinin yoxa çıxdığı məlum olub.

Dörd ay davam edən axtarışdan sonra 2021-ci ilin aprel ayında Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyev və Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev bu məsələ ilə əlaqədar saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti