...

Şakrak “Sülh və Birlik” Mesajı üçün Azərbaycanda

Cəmiyyət Materials 11 Mart 2022 18:25 (UTC +04:00)
Şakrak “Sülh və Birlik” Mesajı üçün Azərbaycanda

Bakı. Trend:

Martın 10-u “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) və TDAV Bakı ATATÜRK Liseyinin təşkilatçılığı ilə Bakı Atatürk Liseyi Əhməd Rəcəbli 33C-də dünya uşaqlarının yeni qəhrəmanı, ilk yerli və milli kitab personajı Şakrak ilə Azərbaycan və Türkiyə qardaşlığını dünya uşaqlarına nümunəvi bir model kimi təqdim etmək və onlara sülh və birlik mesajını Azərbaycanlı uşaqlarla birlikdə dünyaya çatdırmaq üçün mətbuat konfransı və qarşılıqlı söhbət proqramı təşkil olunub.

Trend xəbər verir ki, uşaqlara izah ediləcək hər mövzunu akademik dildə canlandıran, insani dəyərlərdən bəhs edən macəra hekayəsi Şakrak qəhrəmanı ilə davamlı bir model yaradır, yerli və milli dəyərlərimizi gələcək nəsillərə çatdırılması məqsədini daşıyır.

Yerli və milli məhsulların əhəmiyyəti, mütaliənin ünsiyyətdəki yeri, dünya coğrafiyası haqqında məlumatlılıq, mədəniyyətlərarası sülh və birlikdə maariflənmə mesajını çatdırmaq üçün Türkiyənin ilk və yeganə yerli və milli kitab qəhrəmanı ŞAKRAK-ın müəllifi və prodüseri Ayşe Gül Kara Zorlu ilə azərbaycanlı uşaqları bir araya gətirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti