...

Ağasif Rəhimov və Raziyə Seyidli Dünya Çempionatında gümüş medal qazanıblar

Cəmiyyət Materials 12 Mart 2022 18:33 (UTC +04:00)
Ağasif Rəhimov və Raziyə Seyidli Dünya Çempionatında gümüş medal qazanıblar

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında qarışıq cütlükdə çıxış edən Azərbaycan gimnastları Ağasif Rəhimov və Raziyə Seyidli templi hərəkətlər proqramında gümüş medal qazanıblar.

Trend xəbər verir ki, idmançıların nəticəsi 28,640 xal olub.

Birinci yerdə Belçikadan olan cütlük - Bram Roettger və Helena Heyens (29,280 xal), üçüncü yerdə Böyük Britaniyanı təmsil edən Nataşa Hatçinson və Dylan Howells (28,440 xal) qərarlaşıb.

Xatırladaq ki, daha əvvəl kişi cütlüyündə çıxış edən Azərbaycan gimnastları Daniel Abbasov və Murad Rəfiyev kombinə edilmiş hərəkətdə, bu gün isə templə hərəkətdə bürünc medalları qazanıblar.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti