...

Belçikalı kişi atletlər Bakıda keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında birinci yeri qazanıb

Cəmiyyət Materials 12 Mart 2022 19:03 (UTC +04:00)
Belçikalı kişi atletlər Bakıda keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında birinci yeri qazanıb

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında tarazlıq hərəkətləri proqramında 29,290 xalla Belçikadan olan kişilər qrupu birinci yeri qazanıb.

Trend xəbər verir ki, ikinci yeri Böyük Britaniyanı təmsil edən atletlər (29,080 xal), üçüncü yeri İsrail idmançıları (28,060 xal) tutublar.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti