...

Şadıq ki, Bakıda keçirilən dünya çempionatında uğur qazana bildik - qızıl medal qazanan ABŞ gimnastları

Cəmiyyət Materials 12 Mart 2022 21:54 (UTC +04:00)
Şadıq ki, Bakıda keçirilən dünya çempionatında uğur qazana bildik - qızıl medal qazanan ABŞ gimnastları

Bakı. Cani Babayeva - Trend:

Biz çox şadıq ki, Bakıda keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında uğur qazana bildik.

Bunu Trend-ə kişi cütlüyünün tərkibində mübarizə aparan amerikalı idmançılar Briden Makduqal və Anxel Feliks deyib.

Xatırladaq ki, Bakıda keçirilən dünya çempionatında idmançıların iki qızıl medalı var - kombinə edilmiş və templi hərəkətlərdə.

"Dünən və bu gün qazanılan medallar çox şey deməkdir, onlar bizim gərgin zəhmətimizin, gərgin məşqlərimizin nəticəsidir. Uğurlara, çempionatdakı qələbəyə görə məşqçilərimizə, xoreoqraflarımıza, bu yolda bizə dəstək olan hər kəsə təşəkkürümüzü bildiririk. Qələbələr, idman mükafatları bizi həvəsləndirir, idman ruhumuzu yüksəldir", - atletlər vurğulayıb.

Makduqal və Feliks 9 ildir ki, akrobatik gimnastika ilə məşğul olduqlarını qeyd ediblər.

"Gimnastika bizim qarşımızda çoxlu imkanlar açıb. Biz şadıq ki, həyatımızı idmanla bağlamışıq", - amerikalı idmançılar bildiriblər.

Bakıda keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatının qızıl medalçıları da yarışın yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti