...

Bakıda gözəl Milli Gimnastika Arenası var - Portuqaliyalı qızıl medalçıları

Cəmiyyət Materials 12 Mart 2022 23:39 (UTC +04:00)
Bakıda gözəl Milli Gimnastika Arenası var - Portuqaliyalı qızıl medalçıları

Bakı. Cani Babayeva - Trend:

Bakıda gözəl Milli Gimnastika Arenası var, biz burada çıxış etməkdən həzz aldıq.

Bu barədə şənbə günü Trend-ə akrobatika gimnastikası üzrə 28-ci Dünya Çempionatının iştirakçıları, qadın cütlüyünün tərkibində yer alan portuqaliyalı idmançılar Rita Ferreyra və Ana Teyşeyra bildiriblər.

Xatırladaq ki, onların Bakıda keçirilən dünya çempionatında iki qızıl medalı var - kombinə edilmiş və balans hərəkətlərində.

"İki finalda yaxşı çıxış etdilər və nəticədən razı qaldılar. Biz fəxr edirik ki, dünya çempionatının qızıl medallarını qazanmışıq, mükafatları doğma ölkəmizə gətirəcəyik. Yarışa hazırlaşaraq, məşqlərə çox zaman ayırdıq, ona görə də qızıl medallara layiq olduğumuzu düşünürük", - idmançılar bildirib.

Rita Ferreyra və Ana Teyşeyra Bakıda keçirilən çempionatın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar.

"Bakıda gimnastlar üçün gözəl şərait yaradılıb. Gimnastika arenası bizdə böyük təəssürat yaratdı. Biz burada uğur qazandığımıza görə şadıq", - deyə portuqaliyalı idmançılar qeyd ediblər.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti