...

NEQSOL Holding Novruz Bayramı münasibətilə “YAŞAT” Fonduna 500.000 manat vəsait köçürüb

Cəmiyyət Materials 19 Mart 2022 16:08 (UTC +04:00)

Bakı. Trend:

Novruz Bayramı münasibətilə NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun səhmdarının qərarı ilə “YAŞAT” Fonduna 500.000 manat məbləğində vəsait köçürülüb. Ödəniş holdinqin tərkibində olan Bakcell və Norm şirkətləri tərəfindən həyata keçirilib.

NEQSOL Holding, Azərbaycan xalqının zəngin adət-ənənələrinə və milli dəyərlərinə uyğun olaraq Novruz Bayramı ərəfəsində bu vəsaitin ayrılmasına mühüm önəm verir. Bu vəsait hərbi əməliyyatlardan zərər çəkmiş şəxslərin, eləcə də şəhid ailələrinin sosial müdafiəsinin daha da möhkəmləndirməsinə əlavə dəstək verəcək.

“YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsis olunub. Fondun vəsaiti Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə yaralananların müalicəsi, onlara və şəhid ailələrinə psixoloji dəstək, məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xərclərin maliyyələşdirilməsi və digər sosial ehtiyaclar üçün nəzərdə tutulur.

NEQSOL Holding səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

Qarşıdan gələn Novruz Bayramı münasibətilə NEQSOL Holding bütün Azərbaycan xalqını təbrik edir, firavanlıq və davamlı inkişaf arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti