...

Azərbaycanda 16 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Cəmiyyət Materials 28 Mart 2022 20:45 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 766 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 788 nəfər müalicə olunaraq sağalıb, 9 684 nəfər vəfat edib, aktiv xəstə sayı 294 nəfərdir.

Ölkədə son sutka ərzində 2 285, hazırkı dövrədək isə 6 687 581 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti