...

Bakı Ali Neft Məktəbinin məzunu “Google”da işə qəbul olunub (FOTO)

Cəmiyyət Materials 30 Mart 2022 11:50 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin məzunu “Google”da işə qəbul olunub (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Rəhim Rəhimli dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış transmilli şirkəti “Google”da işə qəbul olunub. O, 2013-cü ildə 680 balla BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olub. Prezident təqaüdçüsü olub. Rəhim Rəhimli Ali Məktəbi 2018-ci ildə Fərqlənmə diplomu ilə və ixtisas birincisi olaraq bitirib.

Qeyd edək ki, “Google” dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış ABŞ-də yerləşən transmilli şirkətdir. “Google” internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı, onları inkişaf etdirir. Gəlirinin böyük hissəsini “AdWords” proqramı ilə reklamlardan əldə edir. Şirkətin yaradılmasında məqsəd dünyadakı məlumatları təşkilatlandırmaq və əlçatan etmək olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti