...

MİDA-nın mənzillərinə tələbat yüksək olub (FOTO)

Cəmiyyət Materials 30 Mart 2022 22:31
MİDA-nın mənzillərinə tələbat yüksək olub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən növbəti dəfə Yasamal Yaşayış Kompleksində 442 mənzilin seçimi həyata keçirilib.

Trend-in məlumatına görə, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) seçilmiş mənzillərə dair statistik məlumatlar açıqlayıb.

Məlumatlara əsasən 8939 nəfər 442 mənzilə görə keçirilən satış prosesində iştirak edib. Mənzillərə tələbin çox olması səbəbindən mənzillərin satışı tezliklə yekunlaşıb.

MİDA mənzillərin seçiminə dair statistik məlumatları açıqlayıb. Həmin məlumatları təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti