...

Bələdiyyə torpaqlarından sui-istifadə hallarının qarşısı alınacaq

Cəmiyyət Materials 7 Aprel 2022 10:27 (UTC +04:00)
Bələdiyyə torpaqlarından sui-istifadə hallarının qarşısı alınacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bələdiyyə torpaq sahələrindən sui-istifadə hallarının qarşısı alınacaq.

Trend-in məlumatına görə, bu barədə məsələ Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında əksini tapıb.

Fəaliyyət planında dövlət və bələdiyyə torpaq sahələrinin icarəyə və mülkiyyətə verilməsi, icarə müddətlərinin uzadılması, kateqoriyasının dəyişdirilməsi proseslərinin elektronlaşdırılması, bu sahədə sui-istifadə imkanlarının məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ədliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanlarına dövlət və bələdiyyə torpaq sahələrinin icarəyə verilməsi, icarə müddətlərinin uzadılması, kateqoriyasının dəyişdirilməsi proseslərinin elektronlaşdırılması üçün müvafiq sahədə qanunvericiliyin və dövlət xidmətlərinin təşkili xüsusiyyətlərinin təhlil edilməsi tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti