...

Azərbaycanlı alimlərin hazırladığı vaksinə “Qarabağ” adı veriləcək

Cəmiyyət Materials 8 Aprel 2022 17:45 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədov COVID-19-a qarşı iki RBD və bir kokteyl əsaslı peyvənd hazırladıqlarını qeyd edib.

Trend-in məlumatına görə, Tərlan Məmmədov bu barədə “Bitkidə sintez edilən COVID-19 peyvəndlərinin və terapevtik zülalların istehsalı və preklinik qiymətləndirilməsi” mövzusuna həsr olunmuş onlayn seminarı zamanı deyib.

O, bu peyvəndlərin Delta və Omikron (60-dən çox mutasiyası olan) variantlarına qarşı çox effektiv olduğunu və ümumiyyətlə, gələcəkdə ortaya çıxacaq bütün mutasiyalara qarşı dayanıqlı ola biləcəyini vurğulayıb.

"Bu vaksin üzərində işlər başa çatdıqda onu “Qarabağ” adlandırmağı düşünürük”, - deyə professor Tərlan Məmmədov əlavə edib. Onun sözlərinə görə, rəhbərlik etdiyi komanda bu vaksinlərin hazırlanmasında özlərinin təkmilləşdirdikləri texnologiyanı tətbiq edib və hazırda bununla bağlı bir neçə patentə müəlliflik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti