...

Bakıda torpağın qiyməti bahalaşıb - SƏBƏB

Cəmiyyət Materials 11 Aprel 2022 20:49 (UTC +04:00)
Bakıda torpağın qiyməti bahalaşıb - SƏBƏB
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mart ayında Bakıda torpaq bazarında qiymətlərdə bahalaşma qeydə alınıb.

“MBA Consulting Group” şirkətindən Trend-ə verilən məlumata görə, mart ayında Bakıda bir sot torpağın orta qiyməti 7,22 faiz bahalaşıb. İl ərzində isə qiymətlər 2,32 faiz bahalaşıb.

Qeyd edilib ki, qiymət artımı mövsümi xarakter daşıyır. Yaz-yay fəsli dövründə torpağa, həyət evlərinə tələbat artır, torpaq bazarında aktivləşmə müşahidə edilir, torpaq sahələrində ev tikintisi işləri aktivləşir. Bütün bunlar torpaq bazarında qiymətlərə təsirsiz ötüşmür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti