...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 28 Aprel 2022 16:33 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4 451 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 431, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 312, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 429, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 279 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 641 623, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 339 221, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 839 464, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 223 472, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 239 466 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti