...

Hacıəlibəy kəndində sakinlərin müraciət və təklifləri dinlənilib (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2022 19:31 (UTC +04:00)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Hacıəlibəy kəndində yerli sakinlərlə görüşüb.

Görüşdə Hacıəlibəy İnzibati Ərazi Dairəsinə daxil olan Ağyazı Buduq, Bayoba, Suxtaqalaqışlaq kəndlərinin və Arzu qəsəbəsinin sakinləri iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yerli hüquq mühafizə orqanlarının rəhblərləri, təhsil, səhiyyə, mədəniyyət və digər təşkilat nümayədələrinin qatıldığı səyyar qəbulda sakinlərin müraciəti fərdi qaydada dinlənilib.
Sakinlər kəndlərarası yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi, içməli və suvarma suyuna olan ehtiyacın ödənilməsi, rabitə, internet, məktəb və bağça binasının təmiri ilə bağlı müraciətlərini səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti