...

Bu gündən Azərbaycanda maska tələbi ləğv edilib

Cəmiyyət Materials 1 May 2022 00:01 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bu gündən tibbi maska taxmaq tələbi ləğv edilib.

Nazirlər Kabineti bununla bağlı aprelin 22-də qərar verib.

Trend xəbər verir ki, Nazirlər Kabinetinin Qərarına əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv olunur.

Bununla yanaşı, bu gündən Azərbaycanın beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımayacaq və yalnız tövsiyə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti