Bakı. Trend:
Türkiyə səfirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı paylaşım edib.
Trend-in məlumatına görə, bu barədə səfirliyin rəsmi "Twitter" hesabında edilən paylaşımda qeyd edilib.
“Azərbaycan xalqının ümummilli lideri və dünya siyasətinin parlaq siması ulu öndər Heydər Əliyevi anadan olmasının 99-cu ildönümündə hörmət və ehtiramla yad edirik”- deyə paylaşımda bildirilib.