...

Xaçmazın Nərəcan kəndində səyyar qəbul keçirilib (FOTO)

Cəmiyyət Materials 19 May 2022 15:34 (UTC +04:00)
Xaçmazın Nərəcan kəndində səyyar qəbul keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə Nərəcan kəndində qəbul keçirib.

Qəbulda Nərəcan İnzibati Ərazi Dairəsinə daxil olan Ağtala, Mürşüdoba, Çiləgir, Sabiroba və Mançaroba kəndlərinin sakinləri iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra sakinlərin fərdi qaydada müraciət və təklifləri dinlənilib. Müraciətlər yeni salınan yaşayış massivlərinin qazlaşdırılması, elektrik təsərrüfatının yenilənməsi, içməli və suvarma suyuna olan ehtiyacın ödənilməsi, məktəb binasının təmiri və digər sosial sahələri əhatə edib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti