...

Yaxın vaxtlarda Azərbaycanda mobil qanunvericilik tətbiqi istifadəyə veriləcək

Cəmiyyət Materials 23 May 2022 12:27 (UTC +04:00)
Yaxın vaxtlarda Azərbaycanda mobil qanunvericilik tətbiqi istifadəyə veriləcək
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın vaxtlarda Azərbaycanda mobil qanunvericilik tətbiqi istifadəyə veriləcək.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, bu tətbiq vasitəsilə vətəndaşlar qanunvericilk aktları, sənədlərlə tanış ola biləcəklər.

"Həmçinin doğum və ölümün dəqiq statistikasının aparılması da çox vacibdir. Pandemiya dövründə biz bununla bağlı çətinliklərlə üzləşdik və problemin aradan qaldırılması üçün vacib işlər gördük. Hazırda doğum və ölümün statistikasının aparılması ilə bağlı heç bir problem yoxdur. Bu halların dəqiqələr içində uçotu aparılır”, - idarə rəisi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti