...

Şagirdlər Azərbaycan Dillər Universitetində ekskursiyada olublar (FOTO)

Cəmiyyət Materials 24 May 2022 12:30
Şagirdlər Azərbaycan Dillər Universitetində ekskursiyada olublar (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı şəhəri 44 və 82 saylı orta məktəblərin şagirdləri Azərbaycan Dillər Universitetində (ADU) ekskursiyada olublar. Şagirdlər Heydər Əliyev Lektoriyasında ADU-nun rektoru, akademik Kamal Abdulla ilə görüşüb, universitetlə yaxından tanış olublar.

Şagirdlərə məlumat verilib ki, Azərbaycan Dillər Universitetində 20-dən artıq xarici dil tədris olunur. ADU-nun zəngin kitabxanası var, tələbələrin elektron resurslardan istifadəsi üçün əlverişli şərait mövcuddur.

Görüşdə müəllim-tələbə mübadiləsindən danışılıb. Şagirdlər universitetin müxtəlif qurumlarında, o cümlədən, Multikulturalizm Mərkəzi, Rusiyaşünaslıq Mərkəzi, Bakı Amerika Mərkəzi, Konfutsi İnstitutu, Avstriya kitabxanası və s. olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti