Bakı. Trend:
Mayın 25-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və
Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gündüz
tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-14° isti, gündüz 16-19° isti, Bakıda
gecə 12-14° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 760
mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət
70-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir
yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda
dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti, dağlarda
gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.