...

Bakıda “Cavan Urban Fest” başlayır (FOTO)

Cəmiyyət Materials 27 May 2022 13:49
Bakıda “Cavan Urban Fest” başlayır (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda “Cavan Urban Fest” layihəsi işə başlayır.

“CAVAN” Gənclər Hərəkatından Trend-ə verilən məlumatına görə, Azərbaycan Gənclər Fondu, Su İdman Sarayı, G-Shock, Urban Art Azerbaijan, Ecaz və Flora Hostelin tərəfdaşlığı ilə keçirilən və 28 May - Müstəqillik Gününə həsr olunmuş festivala sabah start verilir.

Avropa Oyunları Parkında mayın 28-29-30-u tarixlərini əhatə edəcək müasir incəsənət, rəqs, bitboks, skeytbord, 3x3 basketbol yarışları və əl işlərindən ibarət yarmarka, parti və konsert proqramları təşkil olunacaq.

Layihənin məqsədi cəmiyyətimizi müasir mədəniyyət mövzusunda maarifləndirmək, müasir mədəniyyət və incəsənət sahələrinə marağı olan gənclərin dəstəklənməsi və istedadlarının üzə çıxarılması, gənclər arasında asudə vaxtın səmərəli təşkili və şəbəkələşməni təmin etmək, yeni başlayan və ya bu sahədə özünü inkişaf etdirmək istəyən gənclər üçün təlim və master-klasslar keçirməkdir.

“CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi 2017-ci ilin 20 sentyabr tarixindən etibarən fəaliyyətə başlayıb. Respublikanın gənclər siyasətinin məqsəd və prinsiplərini əsas istiqamət olaraq müəyyənləşdirən “Cavan” gənclərin maraq dairələrinə uyğun, əyləncəli və öyrədici, həmçinin onlar arasında şəbəkələşmənin güclənməsinə töhfə verən layihələr təşkil edir. “İndi başla!” şüarı altında keçirilən layihələr bu günə qədər 5 mindən çox gənci əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti