...

ABŞ Səfirliyi Birləşmiş Ştatlarda təhsili təşviq etmək üçün “EducationUSA” məzun yarmarkasına qoşulub (FOTO)

Cəmiyyət Materials 4 İyun 2022 17:24 (UTC +04:00)
ABŞ Səfirliyi Birləşmiş Ştatlarda təhsili təşviq etmək üçün “EducationUSA” məzun yarmarkasına qoşulub (FOTO)

Bakı. Trend: 

İyunun 4-də ABŞ səfirliyi Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzində, “EducationUSA”in 12-ci illik Məzun Sərgisinə qoşulub. Tədbir perspektivli bakalavr tələbələri və məzunlar üçün ABŞ kollec və universitetlərində təhsil imkanları haqqında məlumat əldə etmək imkanı yaradıb. 

Səfirlikdən Trend-ə bildirilib ki, yarmarkada ABŞ-də təhsil almış azərbaycanlılar tələbələrlə söhbət etmək, sualları cavablandırmaq və Birləşmiş Ştatlarda təhsili təşviq etmək üçün ABŞ diplomatları ilə birlikdə iştirak ediblər. Yarmarkaya ABŞ-nın 25-dən çox ali təhsil müəssisəsinin nümayəndələri, o cümlədən böyük dövlət universitetləri, icma kollecləri və liberal sənət kollecləri daxil idi. Yarmarkada iştirak edən məzunlar ABŞ-də ali təhsil almaq üçün seçimləri izah edib və müxtəlif kollec və universitetlərdən danışaraq, hər bir tələbəyə ən uyğun olan məktəbi tapmaq üçün müxtəlif seçimləri araşdırmağa həvəsləndiriblər.

ABŞ səfiri Örl (Li) Litzenberqer tədbirdə iştirak edərkən deyib: 

Mən Midlberi Kollecinin fəxri məzunuyam, lakin bu gün tanış olduğum bir çox perspektivli gənc tələbələrə dediyim kimi, ABŞ- hansı kollec ya universitetdə oxumasından asılı olmayaraq, Amerika təhsili ilə heç nəyin müqayisə olunmadığını görəcəklər. Təhsilin keyfiyyəti, məzunlar şəbəkəsinin gücü Amerikada işləmək bacarığı ABŞ- təhsil almaq üçün böyük fürsət yaradır. Amerika təhsilinin tələbələri həyat müvəffəqiyyətinə necə hazırlandığını görmək üçün sadəcə azərbaycanlı məzunlarımızın bu ölkədə tutduğu nüfuzlu mövqelərə baxmağınız kifayətdir”.

  “EducationUSA” ABŞ Dövlət Departamentinin 170-dən çox ölkədə 400-dən çox beynəlxalq tələbə məsləhət mərkəzini birləşdirən şəbəkəsidir. Şəbəkə ABŞ-də akkreditə olunmuş ali təhsil müəssisələrində təhsil almaq imkanları haqqında dəqiq, hərtərəfli və aktual məlumatlar təqdim etməklə bütün dünyada tələbələrə ABŞ ali təhsilini təbliğ edir. “EducationUSA” ABŞ ali təhsili ilə bağlı rəsmi mənbənizdir. 

  Bakıdakı “EducationUSA Məsləhət Mərkəzi”, “Beynəlxalq Təhsil üzrə Amerika Şuraları”nın bir hissəsidir. “EducationUSA” ABŞ-nın Bakıdakı Səfirliyinin dəstəyi ilə hər il iki yarmarkaya ev sahibliyi edir: “ABŞ Ali Təhsil Sərgisi” və “EducationUSA Məzun Sərgisi”. Bunlara əlavə olaraq, “EducationUSA”, “Dayanıqlı Təbliğat Proqramı”nı və “Rəqabətli Kollec Klubu”nu dəstəkləyir. 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti