Bakı. Trend:
Azərbaycanda son sutkada 1 668 nəfər vaksinasiya olunub.
Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci doza vaksinlərin sayı 273, ikinci doza vaksinlərin sayı 197 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 076-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 122 olub.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 746 614, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 351 241, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 851 252, üç və daha çox doza vaksin vurduranların sayı 3 296 504, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 247 617 təşkil edir.