...

Azad olunmuş ərazilərdə məktəb tikintisi ilə bağlı işlər açıqlanıb

Cəmiyyət Materials 17 İyun 2022 12:26 (UTC +04:00)
Azad olunmuş ərazilərdə məktəb tikintisi ilə bağlı işlər açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad olunmuş ərazilərdə Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrinin tikintisi, bərpası və əsaslı təmiri işlərinə başlanılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin yeni tədris ilində təhvil verilməsi nəzərdə tutulub.

Şuşa Real Məktəbinin bərpa-gücləndirmə və əsaslı təmiri ilə bağlı konsept layihəsi hazırlanıb, layihələndirmə işlərinə başlanıb.

Ağdam şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikinti işlərinə başlanılıb, ilin sonunda təhvil verilməsi nəzərdə tutulub.

Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin tikintisi nəzərdə tutulur. Bu rayon üzrə 960 şagird yerlik Yuxarı Mərcanlı kənd məktəbinin də təməli qoyulub.

Füzuli şəhərində 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanır. Həmçinin 700 yerlik peşə liseyinin layihələndirilməsi və tikintisi ilə bağlı işlərə başlanılması nəzərdə tutulur.

Tərtər rayonu Suqovuşan qəsəbə 144 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və əsaslı təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti