...

Azərbaycanda daha 5 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 20 İyun 2022 16:33 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 015 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 165 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib, aktiv xəstə sayı 134 nəfərdir.

Ölkədə son sutka ərzində 1 490, hazırkı dövrədək isə 6 940 145 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti