...

Füzulidə minatəmizləmə ilə məşğul olan şirkət nümayəndəsini ilan sancıb

Cəmiyyət Materials 22 İyun 2022 13:49 (UTC +04:00)
Füzulidə minatəmizləmə ilə məşğul olan şirkət nümayəndəsini ilan sancıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıq edən RPS Energy Ltd. şirkətinin nümayəndəsini Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən ilan sancıb.

ANAMA-nın Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, nəticədə, nümayəndəyə ANAMA-nın tibbi yardım heyəti tərəfindən ilkin yardımla yanaşı, ilan sancması zamanı zəruri olan bütün müvafiq səylər göstərilib.

"Həkimlərin peşəkarlığı sayəsində zərərçəkmişin vəziyyəti operativ şəkildə təhlil olunub və ilk yardım dəstində mövcud olan ilan əleyhinə zərdab vurulub. Zəruri müayinələrdən keçirilməsi üçün nümayəndə xəstəxanaya göndərilib. Vəziyyəti qənaətbəxşdir", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti