...

MÜSİAD Azərbaycan Mediasiya Şurasının Məşvərət Komissiyasının üzvüdür (FOTO)

Cəmiyyət Materials 22 İyun 2022 22:53 (UTC +04:00)
MÜSİAD Azərbaycan Mediasiya Şurasının Məşvərət Komissiyasının üzvüdür (FOTO)

Bakı. Trend:

Azərbaycanda fəaliyyət göstərən, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Mediasiya Şurasının Məşvərət Komissiyasının üzvləri arasındayer alıb.

Bu barədə Trend-ə MÜSİAD Azərbaycan ofisindən daxil olan məlumatda bildirilir.

Qeyd olunur ki, MÜSİAD Azərbaycanı Mediasiya Şurasının Məşvərət Komissiyasında,qurumun idarə heyətiniin üzvü Hüseyin Yapar təmsil edir.

Məlumatda o da qeyd iolunur ki , bu gün Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, İdarə Heyətinin üzvləri Sima Yaqubova, Əli Nəbiyev, Mediasiya Şurasının Məşvərət Komissiyasının üzvü MÜSİAD Azərbaycan təmsilçisi Hüseyin Yapar, Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçını ziyarət edib.

Məlumat üçün bildirək ki, bu ilin yanvar ayında Mediasiya şurası və Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan şöbəsi arasında əməkdaşlığa dair protokol imzalanıb.

Protokol Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin rəhbəri Rəşad Cabirli tərəfindən rəsmiləşdirilib.

Görüşdə Şura və MUSİAD Azərbaycan arasında əməkdaşlıq imkanlarından, kommersiya və əmək mübahisələrinin mediasiyada həllindən, mediasiyanın biznes mühitində təbliği, kommersiya mübahisələrinin mediasiya yolu ilə həlli və digər məsələlər müzakirə olunub.

Protokola əsasən MÜSİAD Azərbaycan üzvü olan şirkətlərin mediasiya proseslərində iştirakı tələb edildikdə Mediaisya Şurasının üzvü olan Mediasiya Təşkilatlları və mediatorlarla əlaqələndirmədə dəstəyin göstərilməsi həyata keçirləcək.

Qeyd edək ki, MÜSİAD 1990-cı ildə İstanbulda təsis edilib. Hazırda təşkilat öz sıralarında dünyanın müxtəlif ölkələrindən olan 11 000 şirkəti birləşdirir və 95 ölkədə fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti