Bakı. Trend:
Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, sədr müavini, polkovnik Cəlil Xəlilov, Təşkilatın Rəyasət Heyətinin üzvü, hərbi-vətənpərvərlik mahnılaırnın tanınmış ifaçısı Şəmistan Əlizamanlı, “Qarabağ Qaziləri” İctimai Birliyinin təmsilçisi, Qarabağ qazisi Rey Kərimoğlu, “Polisə Dəstək” İctimai Birliyinin sədri, şəhid atası Şəmsəddin Əliyev, hərbi yönümlü Qeyri-Hökumət Təşkilatlarının (QHT) rəhbərləri, veteranlar və media nümayəndələri iştirak edib.
Trend xəbər verir ki, tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov öncə Azərbaycan Ordusunun formalaşması tarixinə diqqət çəkib, ordumuzun hələ Cümhuriyyət dönəmində erməni işğalçılarına qarşı uğurla mübarizə apardığını qeyd edib. Polkovnik vurğulayıb ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında nizami ordunun formalaşdırılması prosesinə start verilmiş, müstəqil Azərbaycanın yeni yaranan ordusunun gücləndirilməsi istiqamətində ciddi addımlar atılmışdı. Prezident İlham Əliyevin hakimiyyəti dönəmində ordu quruculuğu istiqmaətində islahatların sürətlə davam etdirildiyini bildirən polkiovnik Cəlil Xəlilov, məhz ordudakıl islahatlar, xalq-ordu və dövlət-xalq birliyi nəticəsində 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində parlaq zəfər əldə etdiyini vurğuladı.
Son vaxtlar bəzi anti-milli qüvvələrin Azərbaycan Ordusu, onun tarixi qələbəsi ilə bağlı təxribat xarakterli, həqiqətə zidd olan məlumatlar yaydığını, ictimai rəydə çaşqınlıq yaratmağa çalışdığını bildirən sədr müavini, bu cür təxribatçı qüvvələrə qarşı bütün cəmiyyətin, o cümlədən veteranların birgə mübarizə aparmasının vacibliyini qeyd edib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan xalqı, o cümlədən veteranlar hər zaman olduğu kimi bundan sonra da orduya, onun Ali Baş Komandanına dəstək verməkdə davam edəcək, heç bir qüvvənin 8 Noyabr zəfərinə kölgə salmasına imkan verməyəcək.
Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü Şəmistan Əlizamanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müahribəsində tarix yazdığını, parlaq qələbəyə imza atdığını vurğuladı. Şəmistan Əlizamanlı qeyd etdi ki, əsrlər keçsə də bu qələbə Azərbaycan xalqı tərəfindən hər zaman qürur hissi ilə yad ediləcək, hərbçilərimizin qəhrəmanlığı xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Tədbirdə çıxış edən Qarabağ qazısı Rey Kərimoğlu da Azərbaycan Ordusunun tarixi inkişaf yolundan bəhs edib, 44 günlük Vətən müharibəsində ordumuzun düşməni darmadağın edərək dünyanı heyrətləndirən böyük qələbəyə imza atdığını bildirib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Sətatrova xalqımızın hələ İkinci Dünya müharibəsində faşizmə qarşı qətiyyətlə mübarizə aaprdığını, faşizm üzərində qələbəyə böyük töhfələr verdiyini xatırladıb. Təşkilat sədri bildirib ki, 44 günlük Vətən müharibəsində erməni faşizminə ağır zərbə vuran, onu işğal edilmiş tarixi Azərbaycan torpaqlarından qovan Azərbaycan Ordusu bu qələbə ilə babalarının qəhrəmanlıq ənənələrinə sadiq qaldığını bir daha sübut etdi.
Qələbədə Azərbaycan xalqının fədakarlığının, ordumuzun şücaətinin, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik bacarığının həlledici rol oynadığnı bildirən Təşkilat sədri, xalqımızın bu qələbə ilə hər zaman fəxr edəcəyini, öz qəhrəmanlarını unutmayacağını bildirib.
“Polisə Dəstək”İctimai Birliyinin sədri, şəhid atası Şəmsəddin Əliyev çıxışında öncə 90-cı illərdə erməni faşizminə qarşı aparılan mübarizəyə diqqət çəkib. Həmin vaxt hərbi texnika, silah-sursat təminatı baxımından böyük çətinliklər çəkdiyini bildirən Şəmsəddin Əliyev, məhz Ulu öndər Heydər Əliyevin hakimiyyəti dönəmindən etibarən ordu quruculuğuna böyük diqqət yetirildiyini vurğulayıb. Şəmsəddin Əliyev qeyd edib ki, sonrakı mərhələdə Prezident İlham Əliyevin formalaşdırdığı müasir Azərbaycan Ordusu 2020-ci ilin Vəətn müharibəsində ölkəmizin qələbəsini təmin edərək dövlətimizin ərazi bütövlküyünü təmin edib.
Tədbirin sonunda xatirə şəkli çəkilib.