...

Ağdaş və Kürdəmirə yeni prokuror təyin edildi

Cəmiyyət Materials 14 İyul 2022 12:15 (UTC +04:00)
Ağdaş və Kürdəmirə yeni prokuror təyin edildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Kürdəmir rayonuna yeni prokuror təyin edilib.

Trend-in məlumatına görə, bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Baş prokurorun əmri ilə Ağdaş rayon prokuroru Tural İbrahimov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon prokuroru təyin edilib.

Baş prokurorun digər əmri ilə Anar Əliyev Ağdaş rayon prokuroru təyin olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti