...

İstifadəyə yararsız olan 19 ton süd məhsulu məhv edilib - AQTA

Cəmiyyət Materials 26 İyul 2022 17:45 (UTC +04:00)
İstifadəyə yararsız olan 19 ton süd məhsulu məhv edilib - AQTA
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentlikdən Trend-ə veriln məlumata görə, “Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 19.16 ton müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti