...

Xəzər dənizində kompleks ekoloji monitorinqlər aparılır

Cəmiyyət Materials 29 İyul 2022 17:34 (UTC +04:00)

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Zoologiya və Fiziologiya İnstitutlarının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən Xəzər dənizində Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə kompleks ekoloji monitorinqlər davam etdirilir, sudan və dib çöküntülərindən götürülən nümunələr üzərində fiziki-kimyəvi və bioloji təhlillər aparılır.

Nazirlikdən Trend-ə bildirilib ki, ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, 25 iyul tarixindən monitorinqlərə başlayan ekspedisiya qrupu bu günədək Müqtədir, Quba dili, Siyəzən burnu və Giləzi məntəqələrində 20 stansiya üzrə su, dib çöküntüləri, zooplankton və bentos nümunələri üzərində tədqiqat işləri aparıb, balıq ehtiyatlarının müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar həyata keçirib.

“Növbəti günlərdə ekspedisiya qrupu tərəfindən Xəzər dənizinin cənub akvatoriyasında yerləşən Şahağacı, Lənkəran, Kür dili, Cənub-şərqi Qolduk və Şimal-şərqi Qolduk məntəqələrində tədqiqatlar aparılacaq”.

N.Mahmudovun sözlərinə görə, ekspedisiya avqustun 3-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti