Bakı. Trend:
Bu gün axşam pik saatlarında paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 40 müntəzəm marşrut xətti üzrə 80 avtobusun hərəkət intervalında gecikmələr var.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə,
sıxlıq daha çox aşağıdakı küçə və prospektlərdə müşahidə
edilir:
1. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə
kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk
prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər
olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni
zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli
müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə
8-10 dəqiqə gecikmə müşahidə olunur
2. Binəqədi şossesi – Binəqədi istiqamətində sıxlıq. Bu səbəbdən də
həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm
marşrut xətlərindəki avtobuslararası intervallarda 5-8 dəqiqə
gecikmə müşahidə olunur.
3. Zabrat Şossesi - Maşdağa istiqamətində - Bu səbəbdən də həmin
ərazidən keçən 40, 131, 163, 216, 217, M8 N-li müntəzəm marşrut
xətlərindəki avtobuslararası intervallarda 6-10 dəqiqəyə gecikmə
müşahidə olunur.
4. 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən
Cavadov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən
7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211
nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə
6-8 dəqiqədir.
5.Qara Qarayev prospekti – Hər iki istiqamətdə (avtobus zolağının
olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini
pozurlar) 7A, 11, 15, 21, 30, 35, 40, 44, 46, 49, 51, 62, 64, 81,
132 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası
intervallarda 10-15 dəqiqə gecikmə müşahidə olunur.