...

Bakı Ali Neft Məktəbinin 4 məzunu Dövlət Proqramının qalibi olub (FOTO)

Cəmiyyət Materials 11 Avqust 2022 10:17 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin 4 məzunu Dövlət Proqramının qalibi olub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 2022-ci il bakalavr məzunları Jalə Məmmədova, Elvin Qaraşlı, Babək Rüstəmzadə və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının məzunu Əli Əsgərov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qalibi olublar.

Jalə Məmmədova və Elvin Qaraşlı Almaniyanın Frayburq Universitetində Davamlı sistem mühəndisliyi, Babək Rüstəmzadə Böyük Britaniyanın Mançester Universitetində Qabaqcıl kimya mühəndisliyi, Əli Əsgərov isə London Queen Mary Universitetində Data elmi ixtisasında dövlət hesabına magistratura təhsili alacaqlar.

Jalə Məmmədova BANM-in 2022-ci il məzun buraxılışı üzrə “İlin tələbəsi” seçilib. O, Ali Məktəbə 700 balla daxil olub və beş il ərzində Prezident təqaüdünü qoruyub. Jalə Almaniyanın 3, Böyük Britaniyanın 3 ali təhsil müəssisəsindən müsbət cavab almışdı.

Babək Rüstəmzadə BANM-ə 675 balla daxil olub. O, Böyük Britaniyanın 6, Hollandiya və Yeni Zelandiyanın 1 universitetindən müsbət cavab almışdı.

Elvin Qaraşlı BANM-ə 675 balla qəbul olub. O, ABŞ, Almaniya, Böyük Britaniya, Polşa və İtaliyanın universitetlərindən müsbət cavab alıb. Elvin həmçinin ABŞ-ın Luiziana Dövlət Universitetinə təqaüdlə doktoranturaya qəbul olmuşdu.

Əli Əsgərov BANM-ə 690 balla daxil olub. O, Böyük Britaniyanın 6 universiteti, İtaliya, Almaniya, Macarıstan, Çex Respublikası və ABŞ-ın Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı daxil olmaqla, ümumilikdə 12 universitetdən müsbət cavab alıb.

Xəbər lenti

Xəbər lenti