Bakı. Trend:
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, Sabirabadda yeni su nasostasniyası fəaliyyətə başlayıb.
Trend xəbər verir ki, Kür çayından qidalanan müasir tipli
aqreqatlar vasitəsi su Sabir kanalına ötürüləcək və 21 min
hektardan çox sahənin suvarlmasının daha da yaxşılması mümkün
olacaq.
Sabirabad rayonunda yeni istifadəyə verilən su nasosstasniyasının
Kürkəndi kəndində açlış mərasimi keçirilib. Toplantıda Rayon icra
Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Meliorasiya və Su
Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev həmçinin cəmiyyətin
nümayəndələri, fermerlər rayon sakinləri iştirak edib. Bildirilib
ki, Sabirabad rayonunda əkin sahələrinin suvarılması üçün əsas qida
mənbəyi kimi Kür çayından istifadə olunur. Çay üzərində yerləşən
nasosstansiyalar vasitəsi ilə su kanallara və sahələrə ötürülür.
Bildirilib ki növbəti belə Stansiya rayonun Kürkəndi kəndində
istifadəyə verilib. Stansiyada quraşdırılan qurğu müasir tipli
qurğudur və İsveçrə istehsalıdır. Hər biri saniyədə 1.7 kubmetr
suvurma gücündə olan 3 aqreqatlı stansiya həm də üzən panton
üzərində yerləşdirilib.. Bu da çayda suyun səviyyəsinə uyğun olaraq
rahat işləyə bilməsi deməkdir. Ümumi məhsuldarlığı 5.1 kubmetr
saniyə olan nasosstansiyanın yeni aqreqatlar köhnə qurğulara
nisbətən enerjiyə iki qat qənəat edə biləcək və stasniya mobil
çevikliyi fərqlənir.
Daha sonra yeni istifadəyə verilən stansiyasının iş prinsipinə
baxış keçirilib. Qeyd edək ki, yeni nasos stansiyası Kür çayından
su götürmklə uzunluğu 19 km olan ötürücü və sahələrə su çatdıran 54
km uzunluğu olan Sabir kanal şəbəkəsinə su vuracaq. Eyni zamanda
sudan səmərəli istifadə məqsədi ilə nəzərdə tutulan tədbirlər
planına əsasən Sabir kanalının beton üzlüyə alınması üçün
hazırlanan layihə hazırlanır və tam başa çatdıqdan sonra kanalın
beton üzlüyə alınmasına star veriləcək.