...

Əqli Mülkiyyət Agentliyinin əməkdaşları beynəlxalq tədbirdə iştirak edib (FOTO)

Cəmiyyət Materials 30 Avqust 2022 11:31 (UTC +04:00)
Əqli Mülkiyyət Agentliyinin əməkdaşları beynəlxalq tədbirdə iştirak edib (FOTO)

Bakı. Trend:

Cari ilin 23-24 avqust tarixlərində Qırğız Respublikasının Oş şəhərində Avrasiya Patent Təşkilatının (APT) təşkilatçılığı ilə "Avrasiya patent-informasiya məkanının formalaşdırılması: təcrübə və perspektivlər" mövzusunda regional seminar keçirilib.

Tədbirin əsas məqsədi rəqəmsallaşma üzrə təcrübə mübadiləsi və APT ilə milli patent ofisləri arasında elektron əlaqələrin daha da inkişaf etdirilməsi idi.

Beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin köməkçisi Toğrul Rəfiyev və Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin ixtira, faydalı model və sənaye nümunəsinin ekspertizası şöbəsinin baş məsləhətçisi-ekspert Sevinc Zeynalova iştirak ediblər.

Ölkəmizin nümayəndələri tərəfindən edilən təqdimatda Əqli Mülkiyyət Agentliyinin rəqəmsallaşma sahəsində əldə etdiyi təcrübə, "Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf" (PƏNAH) rəqəmli informasiya sistemi vasitəsilə əqli mülkiyyət obyektləri üzrə sənədlərin elektron formada verilməsi haqqında geniş məlumat verilib. PƏNAH sistemi vasitəsilə açıqlıq və şəffaflığın təmin edilməsi, iddia sənədlərinin icrası prosedurlarının bütün mərhələlərində iddiaçıların xəbərdarlıq edilməsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti