...

100-ə yaxın bağça müdiri vəzifəsindən azad olunub

Cəmiyyət Materials 8 Sentyabr 2022 12:12 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin iyun-iyul aylarında 100-ə yaxın bağça müdiri işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub.

Trend-in məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, yoxlamalar davam etdiriləcək və işini düzgün yerinə yetirə bilməyən şəxslərlə bağlı mütəmadi tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti